“Uduzmamaq üçün çox əziyyət çəkdik” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turunun “Araz-Naxçıvan”la səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Hər qazandığımız xal bizim üçün uğur sayılacaq. Uduzmamaq üçün çox əziyyət çəkdik. Bizim üçün həddindən artıq çətin olacaq. Görürsünüz ki, oyunlar hansı məcrada keçir. Gərginlik daha da artır. Çalışacağıq ki, realist yanaşaq. Xallar itirilməyəcək deyə bir anlayış yoxdur. “Panika”ya düşməmək lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button