Uduzdu, etiraf etdi – Rəqibin çempionluğa layiq olduğunu
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 30-cu turunda səfərdə “Barselona”ya uduzduqları (0:1) oyun haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis “Barselona”nın çempionluğa layiq olduğunu deyib:
“Yaxşı matç oldu. İlk hissədə istədiyimiz kimi oynadıq. Matçın nəticəsini müəyyən edə biləcəyimiz məqamlar oldu, amma lazımi dözüm çatmadı və ya bəxtimiz gətirmədi.
Rəqib ilk dəqiqələrdə qol vurdu. İkinci hissədə variantlar axtarırdıq və hər iki komanda üçün şanslar yarandı. Komandamın oyun tərzi xoşuma gəldi.
Düşünürəm ki, “Barselona” çempionluq tituluna layiqdir. Çünki çox yaxşı mövsüm keçirdilər. Məğlubiyyət təbiidir, çünki “Barsa” daha güclü idi”.
“Barselona” 30 turdan sonra 76 xalla La Liqada liderdir. “Atletiko” 60 xalla “Real”dan 5 xal geri qalaraq, turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin