“Uduza bilərik, amma heç vaxt təslim olmuruq”
“NTD uduza bilər, amma heç vaxt təslim olmur”.
Komanda.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev “Sabah”a qarşı Azərbaycan Basketbol Liqasının 9-cu turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Komandanın heyəti gənclərdən təşkil olunub. Daha əvvəl rəhbərliklə birgə bizi hansı nəticələrin gözlədiyini bilirdik. Son üç oyunu Əkbər Məmmədov zədə səbəbindən buraxdı. O, bizim üçün çox böyük qüvvədir. Mövsümün başlanğıcında Əkbər Məmmədovun bizə xeyir verəcəyini ümid edirdik. Təəssüf ki, zədələndi. Onun mövqeyi elədir ki, bütün oyun sistemimizi dəyişir”.
Mütəxəssis yanvarda komandada dəyişikliklərin olacağını bildirib:
“Hansı oyunçuların komandanı tərk edib, hansılarının qalacağını indidən deyə bilmərəm. Azarkeşlərimiz ruhdan düşməsinlər. Biz qayıdacağıq və yaxın zamanda hamı bunu görəcək”.
NTD – “Sabah” qarşılaşması ikincilərin 94:67 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin