“Udineze”nin qapıçısı Super Liqa klubunda


Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi “Udineze”nin qapıçısı Simone Skuffeti icarəyə götürüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

23 yaşlı qapıçı mövsümün sonuna qədər “Kasımpaşa” forması geyinəcək. Qolkiper bu axşam İstanbula gələcək.

Skuffet bu günə qədər İtaliyanın aşağı yaş qrupu millilərinin hamısında forma geyinib. O, “Udineze”də 2013-cü ildən bu günə qədər 39 matçda meydanda olmaq şansı yaxalayıb ki, bu oyunlarda qapısından 62 qol buraxıb. Qapıçı 2015/16-cı il mövsümünü İtaliyanın “Komo” klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button