“Udineze” satıla bilər – 40 ildən sonra

Pozzo ailəsi təxminən qırx illik sahiblikdən sonra “Udineze” ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu təxminən 150 milyon avroya amerikalılara satıla bilər. Lakin hələlik bu söz-söhbətlər nə klub, nə də potensial investorlar tərəfindən təsdiqlənib.

Gino Pozzo İngiltərənin “Uotford” klubunun da sahibidir, amma hələlik söhbət yalnız “Udineze”ni satmaqdan gedir.

“Udineze” bu gün “Fiorentina” ilə İtaliya A Seriyasında mövsümün son matçını keçirəcək. Komanda hələlik turnir cədvəlində 12-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button