“Üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik” – “Xırdalan”ın baş məşqçisi
“Üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik”.
Komanda.az xəbər verir ki, bunu “Xırdalan”ın baş məşqçisi Uğur Özdəmir Azərbaycan Basketbol Liqasında “NTD-İndiqo”ya qarşı keçirəcəkləri matçlar barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Özdəmir onları çətin qarşılaşmanın gözlədiyini bildirib:
“Hər iki komanda mövsümü uğurla başa vurmaq istəyir. “NTD-İndiqo” ilə matçda iki oyunçumuzun (Cakori Arçi və Zeyver Bryuer) xidmətindən yararlana bilməyəcəyik”.
Özdəmir rotasiya imkanlarının da çox olmadığını söyləyib:
“Amma belə hallarla daha əvvəl də qarşılaşmışıq. Bütün bunlara rəğmən, üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik”.
Tərəflər arasındakı ilk matç mayın 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin