Üçüncü dəfə eyni klubun formasını geyinəcək
“Kruzeyro” yarımmüdafiəçi Lukas Silvanı transfer etdiyini açıqlayıb. 30 yaşlı futbolçu ilə 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, üçüncü dəfə Braziliya klubu ilə sözləşməyə imza atıb. Silva öncədən 2012-2015 və 2017-2019-cu illərdə (icarə) həmin klubda çıxış etmişdi.
“Kruzeyro”nun yetirməsi karyerası ərzində “Real” (2015-2019) və “Marsel”də də (2015-2016) forma geyinib.
Silva 2020-2023-cü illərdə Braziliyanın “Qremio” klubunda çıxış edib. O, 2022/23 mövsümündə 11 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin