“El klasiko”ya doğru – “Əlimizdən gələni edəcəyik”

“Real”ın müdafiəçisi Ferlan Mendi “Barselona” ilə 9-cu tur matçından gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu oyunun xüsusi olduğunu deyib:

“El klasiko” “Real” və “Barselona” arasındakı böyük rəqabətə görə xüsusi bir oyundur. Üç xal qazanmaq üçün meydanda hər şey edəcəyik, əlimizdən gələni edəcəyik. “Barselona” ilə əvvəlki matçlarda çox yaxşı oynadıq. Bu dəfə də yaxşı tərəfimizi necə göstərəcəyimizi bilirik. Ən əsası, bilirik ki, bu, komanda işidir”.

Mendi 2019-cu ildən “Real”da çıxış edir. Ümumilikdə, o, Madrid klubunun heyətində bütün yarışlarda 116 oyuna çıxıb, 5 qol vurub.

“El klasiko” 16 oktyabrda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button