
“Üç xal qazana bilsək…” – “Səbail”in kapitanı
“Səbail”in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 26-cı turunda “Qəbələ” ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun saytına danışan Əmirquliyev bunları deyib:
“Hər oyuna ciddi hazırlaşırıq, amma qarşıdakı matçın xüsusi əhəmiyyətə malik olduğunu qəbul edirəm. Əgər üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq. Biz yalnız qələbə qazanmaq fikirindəyik”.
“Səbail” – “Qəbələ” matçı aprelin 26-da, saat 17:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin