
“Üç vacib xal aldıq” – Millinin hücumçusu
“Atletiko”nun və Argentina millisinin hücumçusu Xulian Alvares DÇ-2026-nın seçmə mərhələsində Uruqvay yığması ilə oyunda (1:0) uğuru şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq böyüməyə davam etmək istədiklərini deyib:
“Biz çox çalışmalı və komanda olaraq böyüməkdə davam etməliyik. Üç vacib xal aldıq, addım-addım irəliləyəcəyik. Oyuna məhz belə bir qolla başlamaq lazımdır”.
Argentina millisi 28 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Komanda növbəti oyunda Braziliya yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



