
“Üç il əvvəlki oyunumla indiki arasında çox fərq görmürəm”
Robert Levandovski “Barselona”dakı gələcəyi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı hücumçu karyerasını Kataloniya klubunda davam etdirməyə hazırdır:
“Mən yaxşı formadayam və hələ də yüksək səviyyədə çıxış edə bilirəm. Üç il əvvəlki oyunumla indiki arasında çox fərq görmürəm”.
36 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində 39 oyuna çıxıb, 34 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



