Üç futbolçu final matçını buraxacaq
Futbol üzrə Azərbaycan kubokunun finalına vəsiqə qazanan “Qəbələ” və “Sumqayıt” klubları həlledici oyuna itkilərlə çıxacaq.
Komanda.az xəbər verir ki, bu iki klubun ümumilikdə 3 futbolçusunun həlledici qarşılaşmanı buraxacağı artıq indidən bəllidi.
Belə ki, əyalət təmsilçisinin heyətində Amin Seydiyev və Sabien Lilay Naxçıvanda keçiriləcək matçda meydana çıxmayacaq. “Sumqayıt”ın heyətində isə Aleksey İsayev finalı kənardan izləməli olacaq. Buna səbəb hər üç futbolçunun yarımfinal mərhələsinin cavab oyunlarında sarı vərəqə alaraq, cəzalı duruma düşməsidi.
Qeyd edək ki, final matçı mayın 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin