Azərbaycanın U-21 yığmasından biabırçı məğlubiyyət
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-21 yığmamız bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv isveçli həmyaşıdları ilə qarşılaşıb və 1:8 hesabı ilə uduzub.
Yığmamızın heyətində Mustafa Yıldırım (44-cü dəqiqə) fərqlənib.
Xatırladaq ki, üç gün öncə yığmamız Macarıstanın U-21 komandasına 0:3 uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin