U-21 yığmamız azlıqda qalan rəqibinə uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu yığmamız Bakıda Şimali İrlandiyanı qəbul edib.
“Azərsun Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Rəqib 38-ci dəqiqədə azlıqda qalıb, bir dəqiqə sonra isə Camal Cəfərov penaltidən yararlana bilməyib.
F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqla, İngiltərə Serbiya ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda səfərdə Serbiyaya 0:2 hesabı ilə uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin