Azərbaycan millisinin üzvü uzun müddətə sıradan çıxıb

Azərbaycan U-21 milli komandasının heyətində ciddi itki baş verib. Kapitan Ayxan Süleymanlı sıradan çıxıb.

“Sumqayıt”ın müdafiəçisi AÇ-2027-nin seçmə mərhələsinin 2-ci turunun Bakıda Bolqarıstanla keçirilən matçında (1:1) zədələnib. 21 yaşlı futbolçu ilk hissənin son dəqiqələrində dizindən zədə alıb.

Komanda.az xəbər verir ki, Ayxanın zədəsi ciddidir. Gənc müdafiəçinin dizinin çarpaz bağları qopub. O, əməliyyat olunacaq və uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Ayxan Süleymanlı 2023-cü ilin yayında “Zirə”dən “Sumqayıt”a keçib. O, cari mövsümdə “kimyaçılar”ın heyətində Premyer Liqada 3 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button