U-17 “Qəbələ”yə məğlub oldu
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub.
U-17-nin qollarını penaltidən Sənan Ağalarov və İbrahim Ağayarov vurub.
Millimiz hazırlıq çərçivəsində son oyununu martın 2-də “Kəpəz”ə qarşı keçirəcək.
Xatırladaq ki, komandamız ilk sınağında yerli “Turan Tovuz” komandasını 2:0 hesabıyla üstələmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin