U-10 Liqasının qalibləri bəlli oldu

AFFA-nın təşkil etdiyi U-10 Liqasının 2018/19 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün “ASCO Arena”da keçirilən final oyununda “Sabah” və “Neftçi” komandaları qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Sabah” 2018/19 mövsümünün qalibi olub. Üçüncü yeri “Qarabağ” komandası tutub.

Final oyunu başa çatdıqdan sonra mükafatçı komandaların təltifetmə mərasimi təşkil olunub. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Texniki direktor Bernhard Lippert, Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev təqdim edib.

“Feyr pley” mükafatı “Neftçi”nin üzvü Rüstəm Hüseynliyə təqdim olunub. Ən yaxşı qapıçı Akif Allahverdiyev (“Sabah”), ən yaxşı oyunçu adına isə Ramin Abıyev (“Neftçi”) layiq görülüb. Mövsüm ərzində rəqib qapılarından 67 top keçirən “Şirvan” komandasının üzvü Ədalət Hüseynov ən məhsuldar oyunçu olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button