“Təəssüf ki, son zamanlar buna öyrəşmişəm” – Sarri

İngiltərə Premyer Liqasının son turunda “Kardiff Siti”yə 2:1 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, oyun zamanı azarkeşlərin onu istefaya səsləməsi haqqında danışıb:

“Bu, mənim üçün problem deyil. Təəssüf ki, son zamanlar buna öyrəşmişəm. Onların fikirlərini dəyişdirmək üçün çalışmalıyam. Oyunlarda qalib gəlsək, azarkeşlər xoşbəxt olacaqlar.

45 ildir ki, meydandayam. Azarkeşlərin reaksiyasını başa düşə bilirəm. Futbolçulara görə təəssüflənirəm. Onlar meydanda döyüşdülər. Tənqid üçün oyunun sonunu gözləmək daha yaxşı olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button