Təyyarə qəzasının il dönümündən bir gün öncə elitaya vida
Futbol üzrə Braziliya birinci liqasında mübarizə aparan “Şapekoense” klubu elitanı tərk edib.
Komanda.az xəbər verir ki, bu, çempionatın 35-ci turu çərçivəsində “Botafoqo” ilə ev oyunundakı 0:1 hesablı məğlubiyyətdən sonra dəqiqləşib.
28 xalla 20 iştirakçı arasında 19-cu sırada qərarlaşan “Şapekoense”nin sona üç tur qalmış elitanı tərk etməsi rəsmiləşib.
Maraqlıdı ki, bu, sözügedən klubun 3 il əvvəl üzləşdiyi təyyarı qəzasının ildönümündən bir gün öncəyə təsadüf edib. Hansı ki, həmin qəzada 71 nəfər dünyasını dəyişmişdi. 2016-cı ilin 29 noyabr tarixində Kolumbiyanın Medellin şəhərində baş verən bu qəza nəticəsində “Şapekoense”nin cəmi 3 futbolçusu sağ qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin