Təxirə salınmış oyunda qalib müəyyənləşmədi

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında “Qaziantep” doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb.

Tərəflər bu oyunda fərqlənə bilməyiblər və yekunda qol vurmadan 1 xal əldə ediblər. Bu nəticədən sonra “Qaziantep” 36 xalla 10-cu pillədə qərarlaşıb. “Yeni Malatyaspor” isə 17 xalla 20 iştirakçı arasında sonuncudur.

Türkiyə Super Liqası, 22-ci turun oyunu

23 fevral

Qaziantep – Yeni Malatyaspor 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button