“Təslim olmaq fikrində deyilik” – Elmar Baxşıyev
“Əlbəttə, asan olmayacaq. Amma təslim olmaq fikrində deyilik”.
Komanda.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Kiprdə “Omoniya”ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, komandasını vacib qarşılaşma gözləyir: “Futbolçular da matçın əhəmiyyətini yaxşı dərk edirlər. İki matç arasında olan bir həftə ərzində heç nəyi dəyişmək mümkün deyil. Sevindiricidir ki, komanda oyundan sonra hər şeyə düzgün reaksiya verdi və qarşıdakı matça hazırlaşmağa başladı. Futbolçular da ilk qarşılaşmada yaxşı futbol göstərdiklərini dərk edirlər. Layiqli mübarizə aparacaq və istədiyimiz nəticəni alacağıq. Azarkeşlərimiz bizimlə olmasa da, onları sevindirməyə çalışacağıq”.
Avqustun 3-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyunda “Qəbələ” rəqibinə 2:3 hesabı ilə uduzub.
Bizi Facebook-da izləyin