Keyn: “Onlara göstərdik ki, biz birləşə bilirik”
“Tottenhem”in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasının 33-cü turunun “Mançester Yunayted”lə matçını (2:2) dəyərləndirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, yaxşı mübarizə apardıqlarını deyib:
“Fasilədən sonra təslim ola bilərdik, amma mübarizə apardıq. Aclıq və istək nümayiş etdirdik. Onlara göstərdik ki, biz birləşə bilirik.
Rayan Meyson (əvəzləyici baş məşqçi) inanılmaz iş gördü. O, qısa müddətdə bizi özümüzə gətirdi”.
London təmsilçisi İngiltərə çempionatının 34-cü turunda “Liverpul”la qarşılaşacaq. “Tottenhem” hazırda Premyer Liqanın turnir cədvəlində 54 xalla beşinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin