Tərlan Əhmədov: “Oyunu qənaətbəxş hesab etmək olar”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Bakıdakı məşq- təlim toplanışı çərçivəsində bu gün “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“12 gün məşq yükləmələri fonunda yoldaşlıq matçı keçirdik. Bəzi zədəli futbolçularımız vardı. Məğlub olmağımıza baxmayaraq, futbolçuların nümayiş etdirdikləri oyunu qənaətbəxş hesab etmək olar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin