Tərlan Əhmədov: “Mübarizədən qaçmırıq”
Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qarabağ”la 2:2 hesablı bərabərliyə razılaşan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:
- Bu gün itkilərə baxmayaraq, komandadan mübariz oyun gözləyirdim, amma bu dərəcədə yox. Oyuna görə çox sevinirəm. Amma daha çox Xəzər Mahmudovun debüt oyununda yaxşı mübarizəsinə görə sevinirəm. Yolumuza davam edirik, bir xal da bizim üçün vacibdi. Çalışırıq çempionatda məğlub olmayaq. Hər kəsi təbrik edirəm, yaxşı mübarizə apardıq.
- Kubok oyununda da rəqib “Qarabağ”dı. Bu oyun sizə inam verirmi?
- Açığı, bu haqda heç nə bilmirəm. İki turnirdə oynamaq üçün iki fərqli heyət vardı. Yayda komandanı toplayanda, bir fikrim vardı, çempionatda mümkün qədər yüksək pillədə yer tutaq, mübarizə aparan komanda olaq. Bir xal bizə motivasiya verir. Məni narahat edən əsas məsələ zədələrdi. Komandanı yaxşı kökləyə bilmirəm. Kubok oyununa qədər zamanımız var. Mübarizədən qaçmırıq, əlimizdən gələni edəcəyik.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin