Tərlan Əhmədov: “Futbolçuların 95 faizi yola salınacaq”
Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:
- Motivasiyasız, emosiyasız oyun idi. Bəlkə də futbolçularımız təzyiq altında olmadığı üçün belə oynadı. Məncə, bu cür oyunlarımız çox oldu. Sadəcə, futbolçularda özünəinam yox idi. Bəlkə də “Səbail” 3-cü pilləni təmin etdiyindən bir qədər rahat idi.
- Bu gün Lisenziyalaşdırma Komitəsinin qərarı verilib və 1-ci diviziondan heç bir klub Lisenziya almayıb…
- Bu xəbəri sizdən eşidirəm. Hər halda, qərar qərardı. Oyun isə emosiyasız keçdi. Qərarı AFFA verib və buna hörmətlə yanaşırıq.
- Komandada qalacaqsınız?
- Bazar ertəsi klub prezidenti ilə görüşümüz olacaq. Hər şey Zaur Axundovun qərarından asılıdı.
- Komandada qalacağınız təqdirdə, futbolçuların neçə faizi “Keşlə”də qalacaq?
- Qalacaq? Gəlin, gedənlərin faizini deyim. Komandamızda olan futbolçuların 95 faizi yola salınacaq. (Sport24)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin