“Təməli möhkəm olan” klubda çalışmaq istəyir

“Bayern”in sabiq baş məşqçisi Yulian Naqelsmann Premyer Liqa komandasını çalışdıra bilər.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, o, bütün diqqətini “Tottenhem”in baş məşqçisi olmağa cəmləyib.

London klubu martın 27-də italiyalı mütəxəssis Antonio Konteni istefaya göndərdiyini elan etmişdi. Komandanı bu mövsümün sonuna qədər Kristian Stellini çalışdıracaq.

Naqelsmann “təməli möhkəm olan” klubda çalışmaq istəyini dilə gətirib və “Çelsi”ni çalışdırmaqdan imtina edib.

O, 2021-ci ilin yayından “Bayern”ə rəhbərlik edirdi. Bundesliqa klubu martın 24-də onu istefaya göndərib. Naqelsmannı baş məşqçi postunda Tomas Tuxel əvəzləyib. Alman mütəxəssislə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button