Azərbaycan millisinin heyətində dəyişiklik
Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Nihad İsmayılov zədəli olduğu üçün heyətdən çıxarılıb. Əvəzində EKOL-dan Faiq Əliyev hazırlıq prosesinə dəvət olunub.
Milli komanda sentyabrın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup” turnirində iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin