“Təkəbbürlü olmağa ehtiyac yoxdur” – Konte
“Tottenhem”in baş məşqçisi Antonio Konte London komandasının rəqabət qabiliyyəti ilə bağlı fikirlərini açıqlayıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, təkəbbürə ehtiyac olmadığını deyib.
“Düşünürəm ki, təkəbbürlü olmağa ehtiyac yoxdur. Düşünməyin ki, cəmi yeddi ay ərzində biz çoxdan mövcud olan geriliyi azaltdıq. Mən “Liverpul” və “Mançester Siti”dən, bu yaxınlarda UEFA Çempionlar Liqasını və Klublararası dünya kubokunu qazanan “Çelsi”dən danışıram”.
Kontenin London klubu ilə müqaviləsi qarşıdakı mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin