Təkliflər var, amma getmək istəmir
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante klubla müqaviləsini uzatmaq istəyir.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Arsenal”ın və “Tottenhem”in maraqlanmasına baxmayaraq, o, komandada qalmaq niyyətindədir.
Öncədən “Çelsi” rəhbərliyinin oyunçuya yeni sözləşmə təklif etməyə hazır olduğu bildirilirdi.
Kante 2016-cı ildən “zadəganlar”ın heyətində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Kante cari mövsümdə bud nahiyyəsindən zədə aldığı üçün çox az oyunda meydana çıxıb. O, UEFA Çempionlar Liqasının 1/4 finalının “Real” – “Çelsi” (2:0) matçında start heyətində yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin