Tanınmış futbolçu keçmiş klubuna qayıdacaq
Villian yenidən “Fulhem”ə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi braziliyalı yarımmüdafiəçinin transferinə razılıq verib.
37 yaşlı Villian “Fulhem”ə azad agent kimi qoşulacaq. Onun son iş yeri ötən ilin sonunda ayrıldığı Yunanıstan “Olimpiakos”u olub.
“Fulhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Komanda ölkə çempionatında növbəti matçını “Nottingem Forest”ə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin