Təcavüzdə ittiham olunan Neymarın VİDEOSU yayıldı
PSJ-nin braziliyalı futbolçusu Neymarın Najila Trindadeyə təcavüz etməkdə günahlandırıldığını xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Najilanın mətbuata ötürdüyü video məsələnin böyüməsinə səbəb olub. Videoda Neymarla Najilanın bir otaqda mübahisə etdiyi və qadının futbolçuya vurduğu görünür. Neymar “Vurma, vurma” deyərkən, Najila “Səni niyə vurduğumu bilirsən? Çünki dünən sən mənə təcavüz etdin” deyərək qışqırır və otaqdan çıxır.
Braziliyadakı telekanallardan birinə açıqlama verən Najila, bunları deyib:
“İnstagram”dan mesajlaşırdıq. Bir müddət sonra məni Parisə çağırdı, amma mən yol xərclərini ödəyə bilməzdim. O, otel və təyyarə biletini aldıqdan sonra məni yenidən çağırdı. Təcavüz etdiyi gün mənə həm də sillə vurdu. Mənə təcavüz etdi, həm də şiddətə məruz qoydu. Hər şey çox sürətli baş verdi”.
Neymar məsələylə bağlı açıqlama verməsə də, atası Neymar Santos bütün iddiaları yalanlayıb:
“Oğlumu qorumağıma belə, ehtiyac yoxdur. Video hər şeyi izah edir. Hər şey normal olduğu halda, qadın birdən oğlumu vurmağa başlayır. Onu təxribata çəkir. Sonra da Neymar cavab verir. Hər şeyin bir oyundan ibarət olduğunu görürsüz. Oğlum otağa girməmişdən əvvəl kamera hazırlanıb, hər şey qurulub. Videonun tam yayılması lazımdır. Polis bu məsələni yaxşı araşdırır. Onlar da bu görüntülərdən sonra videonun tam versiyasını istədi”.
Najilanın əlindəki görüntülərin 7 dəqiqədən daha çox olduğu bildirilir.
Bizi Facebook-da izləyin