Təbriz klubundan doğma meydanda heç-heçə
Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Saypa” ilə qarşılaşıb və meydanı heç-heçə ilə tərk edib – 0:0.
Təbrizin daha məşhur “Traktorsazi” klubu isə bu gün səfərdə “Zobahan”la üz-üzə gələcək.
Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 49 xalla 4-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 28 xalla 12-cidi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin