
Təbriz klubu səfərdən 1 xalla döndü
Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Peykan”la qarşılaşıb. Təbriz klubu bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb – 2:2.
Keçirdiyi 14 oyuna cəmi 5 xal toplamış “Maşinsazi” 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur “Traktor” klubu isə 19 xalla 8-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin