
Təbriz klubu səfərdən 1 xalla döndü
Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Naft Masjed Soleyman” ilə qarşılaşıb. Qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
Təbrizin daha məşhur “Traktorsazi” klubu isə bu turda “Sanat Naft Abadan”ı qəbul edəcək.
Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 46 xalla 2-ci pillədə qərarlaşıb. “Maşinsazi” isə 26 xalla 8-cidi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin