
Təbriz klubu səfərdə minimal hesabla uduzdu
Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “İstiqlal” ilə qarşılaşıb və meydanı məğlubiyyətlə tərk edib – 0:1.
Təbrizin daha məşhur “Traktorsazi” klubu isə bu turda “Peykan”ı qəbul edəcək.
Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 46 xalla 3-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 27 xalla 10-cudu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin