
Təbriz klublarından biri uduzdu, digəri qalib gəldi
Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.
“Maşinsazi” doğma meydanda “Mes Rafsanjan” ilə qarşılaşıb. Təbriz klubu bu oyunda darmadağına sevinib – 3:0.
Təbrizin daha məşhur təmsilçisi “Traktor” isə səfərdə “İstiqlal”la üz-üzə gəlib. “Traktorçular” turu məğlubiyyətlə başa vurublar – 1:2.
Hazırda 36 xalı olan “Traktor” 16 kollektiv arasında 7-ci, 14 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin