
Anri Salahı təriflədi
Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Liverpul”un forvardı Məhəmməd Salahın cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, misirli futbolçu haqda bunu deyib:
“Futbolçu çoxlu qol vuranda, bu, əladır. Salahın həmişə böyümək arzusu olub. Zirvəyə çatan oyunçular azdır”.
Salah bu mövsüm İngiltərə Premyer Liqasında qol yarışına başçılıq edir. 32 yaşlı hücumçu 27 qol vurub və 18 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



