“Tyaqo yanıma gəldi, məni qucaqladı və ağlamağa başladı”
“Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge bir neçə gün əvvəl “Liverpul”a transfer olunan Tyaqo Alkantara ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, 29 yaşlı yarımmüdafiəçinin ayrılığı ilə bağlı bunları deyib:
“Transfer tamamlandıqdan 10 dəqiqə sonra onu dayanacaqda, maşınımın yanında gördüm. Öz-özümə “burda nə axtarır” deyə, düşündüm. Tyaqo yanıma gəldi, məni qucaqladı və ağlamağa başladı. Daha sonra “Mənə icazə verdiyiniz üçün təşəkkür edirəm” dedi. O, möhtəşəm bir insandır və hər zaman “Bavariya”da əsas futbolçulardan biri olub. Çempionlar Liqasının qalibi olanda onun üçün sevinirdim. Bəzən vacib oyunlardakı çıxışı müzakirə olunurdu, amma Çempionlar Liqasındakı son üç oyunda hansı səviyyədə olduğunu göstərdi. Alkantaranın komandadan getməsi bizim üçün itkidir, amma onun ayrılıq qərarına hörmət edirik”.
Bizi Facebook-da izləyin