Tuxelin məqsədi: Çempionlar Liqasının finalı

“Bayern” Almaniya çempionu olmaq şansını demək olar ki, itirib: komanda çempionatın bitməsinə 7 tur qalmış lider “Bayer”dən 13 xal geri qalır. Lakin baş məşqçi Tomas Tuxel ümidsizliyə qapılmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen komandasının çalışdırıcısı Çempionlar Liqasına ciddi yanaşır. O, ÇL-in final matçında oynamaq arzusunda olduğunu bildirib:

“Mövsüm nə qədər qeyri-qənaətbəxş keçsə də, yenə də bir məqsədimiz var: “Uembli”yə çatmaq. Bunun üçün hər gün hər şeyimizi verməliyik. Biz öz inamımızın və ya iddiamızın bir faiz belə, aşağı düşməsinə icazə verə bilmərik. Biz vəziyyətdən narazıyıq, lakin bundan maksimum yararlanmaq istəyirik”.

“Bayern” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq.

Tuxel mövsümün sonunda “Bayern”dən ayrılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button