Tuxelin gələcək planları bəlli olub
Almaniyalı baş məşqçi Tomas Tuxel “Bayern”i tərk edəcəyini açıqlayıb.
Tərəflər əslində əməkdaşlığı davam etdirmək üçün danışıqlar aparsalar da, razılığa gələ bilməyiblər. Nəticədə, şənbə günü “Hoffenhaym”la qarşılaşma Tuxelin Münhendə baş məşqçi kimi sonuncu oyunu olacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern”dən ayrılandan sonra Tuxel enerji toplamaq və istirahət etmək üçün vaxt ayırmağı planlaşdırmır.
56 yaşlı mütəxəssis yaydan başlayaraq, dərhal yeni işə başlamağa hazırdır. Tuxelin xaricdə işləməyə açıq olduğu qeyd edilir. Almaniyalı mütəxəssis yenidən İngiltərədə məşqçilik etməyə hazırdır. O, əvvəllər bu ölkədə “Çelsi”yə rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin