“Sanki biz özümüzü aşağı liqadan xilas etməyə çalışırıq” – “Bayern”in prezidenti

“Bayern”in prezidenti Herbert Hayner Münhen klubuna ünvanlanan tənqidlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, baş məşqçi Tomas Tuxelin də böyük təzyiq altında olduğunu deyib:

“Hər kəs öz fikrini ifadə və tənqid edə bilər, amma bəzən klub xarabalığa çevrilmiş kimi hiss olunur, sanki biz özümüzü aşağı liqadan xilas etməyə çalışırıq. Xeyr, Almaniya çempionatında heç bir oyunda uduzmadıq və Çempionlar Liqasında bütün görüşlərdə qalib gəldik.

İnanıram ki, Tuxel bu söhbətlərə son qoymaqla düzgün iş görüb. Onun güclü olması xoşuma gəlir. “Bayern”də hamımız kimi o da olduqca böyük təzyiq altındadır”.

Bundesliqada 10 turdan sonra turnir cədvəlinə 28 xal toplayan “Bayer” başçılıq edir. “Bayern” 26 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button