Tuxeldən Abramoviçin “Çelsi”dən ayrılması ilə bağlı açıqlama
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Roman Abramoviçin klubu satmaq qərarını şərh edib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis narahat olmadığını bildirib:
“Bu, böyük xəbərdir, böyük dəyişiklikdir. Biz hələ klubda bu barədə danışmamışıq. Sadəcə olaraq, vəziyyəti qəbul etmişik.
Bu məsələdə mənim mövqeyim necədir? Mən icraçı direktor və ya idarə heyətinin üzvü deyiləm. Əminəm ki, klub rəhbərliyi vəziyyəti bizimlə və futbolçularla müzakirə edəcək.
Mən çox narahat deyiləm. “Çelsi”də işləməyi hələ də bir imtiyaz kimi qəbul edirəm. Ən yaxşısına ümid edirəm və inanıram. Mən təsir edə bilməyəcəyim şeylərə görə narahat olmuram. Amma heç vaxt dəyişiklikdən qorxmamışam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin