“Onun qalmasını istəyərəmmi? Bəli!” – Tuxel
Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel komandadakı gələcəyi müzakirə olunan Edinson Kavani ilə bağlı açıqlama verib.
Komanda.az “Canal+”ə istinadən xəbər verir ki, Liqa 1-in 15-ci turundan təxirə salnmış “Monako” ilə oyundan (4:1) sonra açıqlama verən Tuxel, Kavani haqqında bunları deyib:
“Komandada dəyişikliklər hər zaman mümkündür. Kavaninin məşqdə narahatlığı olduğu üçün bu oyunda meydana çıxmadı. Onun qalmasını istəyərəmmi? Bəli! Məqsədlərimizə çatmaq üçün onun heyətdə olması daha yaxşıdır”.
Kavaninin “Atletiko”nun maraq dairəsində olduğu və tərəflər arasında danışıqların aparıldığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin