Tuxeldən kapitanla bağlı açıqlama

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel komandanın kapitanı Sesar Aspilikuetanın gələcəyi ilə bağlı danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Tuxel, futbolçunun “Çelsi”də qalmasını istədiyini deyib:

“O bizim kapitanımızdır, “Çelsi”də qalmasını istəyirik. Aspilikuetanın “Çelsi”də oynamağa davam etmək üçün hər cür şansı var”.

Aspilikuetanın London klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq. İspaniyalı müdafiəçi ilə “Barselona” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button