Tuxel üzr istədi: “Necə olacaq, bilmirəm”
PSJ Fransa Liqa 1-in 28-ci turundan təxirə salınmış oyunda “Nant”a məğlub olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Tomas Tuxel, 2:3 hesabıyla uduzduqları oyundan sonra fikirlərini bildirib:
“PSJ formasıyla belə mübarizə apardığımız üçün üzr istəməliyik. Bu nəticəyə layiq idik. Son dönəmlərdə komandada nələr baş verdiyini başa düşmürəm. Fransa kubokunun final matçına qədər komandanın hazırlığının necə olacağını bilmirəm”.
PSJ aprelin 27-də Fransa kubokunun finalında “Renn”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin