Tuxel “Bayern”in müdafiəçilərini müqayisə etdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel komandanın müdafiəçiləri Alfonso Deyvislə Rafael Gerreyronu müqayisə edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis portuqaliyalı müdafiəçinin tamamilə fərqli olduğunu dilə gətirib:

“Rafael Alfonsodan tamamilə fərqli oyunçudur. Deyvisin oyunu sürət, dinamika və inamla özünü göstərir. O, çox yaxşıdır. Onun özündə inam hiss etməsi vacibdir. Komandamızda çoxlu sayda oyunçu var ki, bu da bizə çoxlu imkanlar verir. Alfonsodan çox razıyam”.

22 yaşlı kanadalı müdafiəçi Deyvis 2019-cu ildən “Bayern”də çıxış edir.

Komandaya yeni qoşulan Rafael Gerreyro azad agent kimi Dortmund “Borussiya”sından Münhen klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button