Tuxel rəsmən İngiltərə millisində
Tomas Tuxelin İngiltərə millisinin baş məşqçi postuna təyinatı rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Qurumdan verilən açıqlamada bir neçə namizədlə danışıqlar aparıldığı, sonda isə almaniyalı məşqçinin üzərində dayanıldığı bildirilib.
51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Tuxel buna qədər “Borussiya” (Dortmund), “Bayern”, PSJ və “Çelsi” komandalarını çalışdırıb. İngiltərə millisinə isə müvəqqəti olaraq Li Karsli rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin