ÇL: “Birinci hissə çox çətin və uğursuz keçdi” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qalatasaray” üzərində qazanılan qələbə (3:1) haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ikinci hissəsinin birinci yarıdan daha yaxşı keçdiyini deyib:
“Birinci hissə çox çətin və uğursuz keçdi. İkinci hissə daha yaxşı keçdi. Hücum xəttimiz həmişə təhlükəlidir, hətta çox yaxşı oynamasaq da. Bu, bizə çətin anların öhdəsindən gəlməyə kömək edir”.
“Bayern” üç turdan sonra 9 xalla A qrupunda birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin