“Tuxel PSJ və “Çelsi”də əla olduğunu sübut etdi”

“Bayern”in müdafiəçisi Benjamin Pavar komandanın yeni baş məşqçisi Tomas Tuxel haqda fikirlərini açıqlayıb.

Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, futbolçu, Tuxelin əla məşqçi olduğunu bildirib:

“Tuxel PSJ və “Çelsi”də əla olduğunu sübut etdi. O, mənimlə və “Bayern”lə eyni mentalitetə malikdir. O, həmişə qazanmaq istəyir”.

Tuxel bir həftə əvvəl “Bayern”in baş məşqçisi təyin olunub. Münhenlilər onun rəhbərliyi altında Bundesliqa matçında Dortmund “Borussiya”sını məğlub edib (4:2) və Almaniya çempionatının turnir cədvəlində birinci yerə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button