Tuxel ona güvənmir
“Bayern”in baş məşqçisi Tomas Tuxel mərkəz müdafiəçisi Matteys de Liqti əsas komandanın oyunçusu kimi görmür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun rəhbərliyi 24 yaşlı futbolçunu satmaq qərarına gələrsə, almaniyalı mütəxəssis müdaxilə etməyəcəyini bildirib.
Niderlandlı futbolçunun komandadakı hazırkı mövqeyindən narazı olduğu vurğulanır.
De Liqt bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib və 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin